Tez-tez verilən suallar

Mənə Azərbaycana səyahət etmək üçün viza lazımdır?
Bir çox ölkələrin vətəndaşlarına viza lazımdır. Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan, Ukrayna və Özbəkistan vətəndaşları istisna təşkil edir
Mən Azərbaycana səyahət etmək üçün elektron viza ala bilərəm?
Elektron viza verilən ölkələr
• Albaniya
• Əlcəzair
• Andorra
• Argentina
• Avstraliya
• Avstriya
• Baham adaları
• Bəhreyn
• Barbados
• Belçika
• Boliviya (Çoxmillətli Dövləti)
• Bosniya və Herseqovina
• Braziliya
• Bruney Darüssəlam
• Bolqarıstan
• Kanada
• Çili
• Çin
• Kolumbiya
• Kosta-Rika
• Xorvatiya
• Kuba
• Kipr
• Çex Respublikası
• Danimarka
• Ekvador
• Estoniya
• Finlandiya
• Fransa
• Almaniya
• Yunanıstan
• Qvatemala
• Müqəddəs Taxt (Vatikan)
• Honduras
• Macarıstan
• İslandiya
• Hindistan
• İndoneziya
• İran
• İrlandiya
• İsrail
• İtaliya
• Yamayka
• Yaponiya
• İordaniya
• Küveyt
• Latviya
• Lixtenşteyn
• Litva
• Lüksemburq
• Makedoniya
• Malayziya
• Maldiv adaları
• Malta
• Mavritaniya
• Meksika
• Monako
• Monqolustan
• Monteneqro
• Mərakeş
• Nepal
• Hollandiya
• Yeni Zelandiya
• Norveç
• Oman
• Pakistan
• Panama
• Paraqvay
• Peru
• Polşa
• Portuqaliya
• Qətər
• Cənubi Koreya Respublikası
• Rumıniya
• San-Marino
• Səudiyyə Ərəbistanı
• Serbiya
• Seyşel adaları
• Sinqapur
• Slovakiya
• Sloveniya
• Cənubi Afrika
• İspaniya
• Şri-Lanka
• İsveç
• İsveçrə
• Tayland
• Trinidad və Tobaqo
• Türkiyə
• Türkmənistan
• Birləşmiş Ərəb Əmirliyi
• Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığı
• Amerika Birləşmiş Ştatları
• Vyetnam
Siz yuxarıda qeyd edilmiş ölkələr tərəfindən təqdim edilmiş pasport və ya etibarlı səyahət sənədinin sahibisinizsə, Azərbaycan Respublikasının qanunlarını (xüsusilə də Dağlıq Qarabağa daxil olmaqla əlaqədar) pozmadığınızı və insanın immunçatışmazlığı virusunun daşıyıcısı olmadığınızı təsdiq etdikdən sonra elektron viza üçün müraciət edə bilərsiniz. Vətəndaşı olduğunuz ölkə siyahıda yoxdursa, siz elektron viza üçün müraciət edə bilməzsiniz. Bu səbəbdən də, birbaşa Azərbaycanın diplomatik nümayəndəliyinə, konsulluğuna və ya səfirliyinə müraciət etməlisiniz.
Nə üçün e-vizanı seçmək daha yaxşıdır?
E-vizanın əldə edilməsi daha sadə və tez başa gəlir və siz onu təhlükəsiz internet bağlantısı olan istənilən yerdə əldə edə bilərsiniz. Bu isə sizin vaxtınıza və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə baş çəkməklə, yaxud kuryer xidmətindən istifadə etməklə əlaqədar qarşılaşacağınız xərclərə qənaət etməyinizə imkan verəcək.
Mənə hansı sənədlər lazımdır?
Müraciət prosesində onlayn formadan istifadə edilir. Bu səbəbdən də, sizə kağız sənədlər lazım deyil, lakin siz pasportunuzun skan olunmuş surətini JPEG formatında təqdim etməlisiniz. Şəkil yüksək keyfiyyətli olmalı və bütün məlumatlar aydın şəkildə görünməlidir. Faylın ölçüsü 1MB-dan çox olmamalıdır. Ödəniş MasterCard, MaestroCard və ya VisaCard vasitəsilə həyata keçirilir.
Skanerdən istifadə etmək imkanım yoxdursa, pasportumun surətini necə göndərə bilərəm?
Pasportunuzun elektron surətini münasib keyfiyyətli kameradan istifadə edərək hazırlamaq mümkündür. Lakin bu halda şəkil faylını göndərməzdən öncə bütün məlumatların aydın şəkildə görünməsindən əmin olun. TÖVSİYƏ – Şəkli birbaşa günəş şüalarının altında deyil, işıqlı yerdə çəkin. Bu zaman fotoaparatın fləş funksiyasından istifadə etməyin, bu, mühüm məlumatların görünməsinə mane olan işıq ləkəsi yarada bilər. Kameranın parametrlərindən asılı olaraq, siz şəklin icazə verilən maksimal 1MB ölçüsündən böyük olduğunu aşkar edə bilərsiniz.
Nə üçün visa-azerbaijan.com saytından istifadə etməliyəm?
Biz müraciət sistemini aydın və sadə etmişik. Agentlərimiz suallarınıza cavab verməyə, viza üçün müraciətinizin qaydasında getməsini yoxlamağa və müraciət prosesində suallarınızı verə biləcəyiniz şəxsin əlaqə məlumatlarını verməyə günün 24 saatı hazırdır.
Mən Azərbaycanda hansı müddətdə qala bilərəm?
E-viza sizin Azərbaycanda maksimum 30 gün qalmağınıza imkan verir. Elektron vizaların müddətinin uzadılması, bir qayda olaraq, mümkün olmur, bu səbəbdən də, siz Azərbaycanda daha uzun müddət qalmaq istəyirsinizsə, "Uzunmüddətli viza xidmətimiz" vasitəsilə daha uzunmüddətli viza ala bilərsiniz.
e-Vizanın etibarlılıq müddəti nə qədər olacaq?
e-Vizanın etibarlılıq müddəti 90 gündür. Bu o deməkdir ki, siz onu təqdim edildiyi gündən etibarən 90 gün ərzində istifadə etməlisiniz (30 günlük birdəfəlik giriş üçün).
Mən artıq Azərbaycandayam. Burada daha uzun müddət qalmaq üçün e-viza üçün müraciət edə bilərəmmi?
Xeyr. Siz e-viza üçün müraciəti yalnız Azərbaycanın ərazisindən kənardan verə bilərsiniz, nəticə etibarilə, siz ilk növbədə ölkəni tərk etməli, sonra isə başqa ölkədən müraciət etməlisiniz.
Elektron viza çoxdəfəlik giriş imkanı verirmi?
Xeyr. E-viza yalnız birdəfəlik giriş imkanı verir, lakin siz Azərbaycandan getdikdən sonra başqa viza üçün asanlıqla müraciət edə bilərsiniz.
Mən Bakı hava limanına yalnız reysi dəyişmək üçün tranzitlə daxil oluramsa, viza əldə etməliyəm?
Xeyr. Siz yalnız beynəlxalq tranzit zonasını tərk etməli olacaqsınızsa, viza əldə etməlisiniz.
Mən Azərbaycana səfər etmək fikrindən imtina edirəm. Vizadan istifadə etməyəcəyimə görə ödənişimi geri ala bilərəmmi?
Təəssüf edirik. e-Viza üzrə ödənilən vəsait heç bir halda geri qaytarılmır.
E-viza üçün ödənişi necə edə bilərəm?
Ən sadə ödəniş üsulu MasterCard, Maestro Card və ya Visa kredit kartı, yaxud internet ticarət üçün aktiv edilmiş debit kartından istifadə edilməsidir. Biz çek və ya digər kartlarla ödənişi qəbul edə bilmirik, lakin sizin Bakıda dostlarınız və ya ailəniz varsa, onlar ofisimizə gəlib sizin adınızdan ödəniş edə bilərlər.
Mən özümə məxsus kredit/debit kartından istifadə etməliyəm?
Xeyr. Ödəniş kartının sizin adınıza olmasına ehtiyac yoxdur.
e-Viza müraciətim təsdiq edilmədiyi halda nə baş verir?
Viza müraciətlərinin böyük əksəriyyəti uğurla nəticələnir, lakin təəssüf ki, təsdiq edilməmiş müraciətlər üçün ödənilən vəsait heç bir halda geri qaytarılmır. E-viza müraciətiniz təsdiq edilmədiyi halda sizin Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi vasitəsilə viza almaq imkanınız var, lakin bu halda konsulluğa gedərək müvafiq işləmləri özünüz həyata keçirməlisiniz.
Pasportumun etibarlılıq müddəti tezliklə bitəcək. E-viza üçün müraciət edə bilərəmmi?
Pasportun etibarlılıq müddəti elektron vizanın müddətinin bitməsi tarixindən ən az 3 ay artıq olmalıdır. Bu o deməkdir ki, pasportunuzun etibarlılıq müddəti altı aydan azdırsa, Azərbaycana viza üçün müraciət etməzdən onu təzələməlisiniz
Mən daha öncə Ermənistana səyahət etmişəm. Bu o deməkdir ki, mənim Azərbaycana səyahət üçün e-viza müraciətim təsdiq edilməyəcək?
Müraciətin təsdiq edilməməsi mütləq deyil. Azərbaycan və Ermənistan arasındakı münasibətlər gərgin olaraq qalır, lakin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgələrinə, xüsusilə də süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinə qeyri-qanuni şəkildə səyahət etməmiş şəxslərin Azərbaycana səyahət etmək istəyi müsbət qarşılanır. Siz Dağlıq Qarabağa səyahət etmisinizsə, ölkəyə daxil olmağınıza icazə verilməyəcək, çünki bu, Azərbaycan Respublikasının qanunlarına görə qanun pozuntusu hesab edilir və Azərbaycana daxil olduqda cinayət məsuliyyətinə cəlb edilməyinizə səbəb ola bilər.
Mən şəxsi məlumatlarımı müraciət formasına daxil edərkən səhvə yol vermişəm. Səhvləri düzəltmək üçün nə edə bilərəm?
Siz hələ "TƏSDİQ ET" düyməsini basmamısınızsa, "ƏVVƏLƏ QAYIT" seçimindən istifadə edib hər hansı düzəlişlər edə bilərsiniz. Artıq "TƏSDİQ ET" düyməsini basmısınızsa, yeganə çıxış yolu yeni e-viza müraciətinə başlamaqdır.
Ödəniş səhifəsində CVV / CVC / CVC2 nömrələrini daxil etməyim tələb edilir – bu nömrələr nə deməkdir?
Bu o deməkdir ki, siz Visa və ya MasterCard kartınızın arxasındakı imza zolağının üzərində yazılmış ədədin son 3 rəqəmi daxil etməlisiniz.
Mən nə qədər ödəniş etməliyəm?
Standart vizalar üçün xidmət haqqı 45 ABŞ dolları, təcili vizalar üçün isə 90 ABŞ dollar təşkil edir, lakin ödəniş məbləği ödəniş günündə olan mübadilə kursuna uyğun olaraq, Azərbaycan manatı ilə hesablanacaq. Ödəniş məbləği viza alınması üçün dövlət rüsumundan, habelə bizim beynəlxalq əməliyyatlar, kart xərcləri və xidmətlərini əhatə edən xərclərimizdən ibarətdir.
Ödəniş ölkələrə görə fərqlənirmi?
Xeyr. Elektron viza verilən ölkələrdən olan bütün şəxslər eyni məbləği ödəyir.
E-viza pasporta yapışdırılmı?
Xeyr. Viza sizə pdf fayl şəklində elektron formada göndəriləcək. Siz onu çap etməli (rəngli formatda, A4 və ya məktub ölçüsündə) və Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim etməlisiniz. Xahiş edirik, ölkəni tərk edənə qədər vərəqi özünüzdə saxlayasınız, çünki o, ölkədən çıxarkən yenidən yoxlanılacaq.
Mən Azərbaycana çatdıqda qeydiyyatdan keçməliyəm?
Azərbaycanda 10 günə qədər qalmağı planlaşdırırsınızsa, qeydiyyatdan keçməyə ehtiyac yoxdur. 10 gündən artıq qalmağı planlaşdırırsınızsa, siz ilk on gün ərzində qeydiyyatdan keçməlisiniz, əks təqdirdə qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb ediləcəksiniz. www.migration.gov.az saytı vasitəsilə və regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə pulsuz qeydiyyata düşmək mümkündür. Həmçinin səyahətçilər otel işçilərinə müraciət edərək onları qeydiyyatdan keçirmələrini xahiş edə bilər. Ən nüfuzlu otellərdə bu xidmət üçün ödəniş tələb olunmur.
Mən elektron vizamı almışam, lakin indi görürəm ki, müraciəti edərkən səhvə yol vermişəm və e-vizadakı məlumatlar pasportumda göstərilmiş məlumatlarla tam üst-üstə düşmür. Bu, problem yaradar?
Təəssüf ki, bəli – bu, problemdir. E-vizadakı məlumatlar pasportumda göstərilmiş məlumatlarla tam üst-üstə düşmürsə, o, etibarsız hesab edilir və siz Azərbaycan Respublikasının ərazisinə daxil ola bilmirsiniz. Siz yenidən müraciət etməli və yeni e-viza almalısınız. Təəssüf ki, müraciət üçün ödədiyiniz vəsait geri qaytarılmır.
Mən e-viza müraciətimin statusunu izləyə bilərəmmi?
Müraciətlərin əksəriyyəti problemsiz təsdiq olunur və müraciətin qəbul edilməsi haqqında bildiriş qeydiyyatdan keçərkən göstərdiyiniz e-poçt ünvanına göndərilir. Emal prosesi standart 3 gündən artıq çəkərsə, çəkinmədən bizimlə əlaqə saxlayın. Biz gecikmənin səbəbini araşdırıb sizə bildirəcəyik.
Mən e-vizanı aldıqdan sonra pasportumu itirmişəm və yeni pasportumun seriya nömrəsi fərqlidir. Elektron viza etibarlı olacaqmı?
Təəssüf ki, xeyr. Elektron viza yalnız müraciət zamanı göstərilmiş pasportla birlikdə etibarlıdır, bu səbəbdən, siz yeni pasport nömrəsi və məlumatlarından istifadə edərək yeni viza üçün müraciət etməlisiniz. Təəssüf edirik, lakin müraciət üçün ödədiyiniz vəsaiti geri qaytara bilmərik.